Bank Of Baku

Samuxda 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib

Samuxda 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib
# 31 mart 2007 11:51 (UTC +04:00)
Samux şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksinin önündə 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, Samux rayon icra hakimiyyəti başçısı Vilyam Hacıyev və rayonun bir sıra məsul şəxslərinin iştirakı ilə keçirilən tədbirdə Samux şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksi önünə əklil və gül dəstələri qoyulub. Daha sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində çıxış edən Samux rayon icra hakimiyyəti başçısı Vilyam Hacıyev 1918-ci ildə ermənilərin Bakı, Şamaxı, Quba, Gəncə və digər rayonlarda azərbaycanlılara qarşı törədilən soyqırımları haqqında danışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR