Bank Of Baku

Milli Televiziya və Radio Şurası ANS-lə bağlı tenderin nəticələrini yaxın günlərdə müzakirə edə bilər

Milli Televiziya və Radio Şurası ANS-lə bağlı tenderin nəticələrini yaxın günlərdə müzakirə edə bilər
# 02 aprel 2007 08:38 (UTC +04:00)
ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə elan olunmuş tenderin nəticələri ilə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) yaxın günlərdə qərar qəbul edə bilər. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib: “Yəqin ki, yaxın günlərdə yığışıb, müzakirələrin vaxtını müəyyənləşdirəcəyik. Hansı qərar veriləcəyi ilə bağlı əvvəlcədən fikir söyləmək isə doğru olmazdı”.
Qeyd edək ki, ANS-in tezliyi üzrə elan olunmuş tenderin vaxtı martın 31-də başa çatıb. Ötən ilin sonunda elan olunan tenderdə olduğu kimi, bu dəfə də tenderə ANS şirkətindən başqa qatılan olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR