Bank Of Baku

Aprelin 1-də baş verən yol qəzalarında 3 nəfər ölüb

Aprelin 1-də baş verən yol qəzalarında 3 nəfər ölüb
# 02 aprel 2007 10:43 (UTC +04:00)
Aprelin 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi və Dəvəçi rayonunun Gəndob kəndi ərazisində, həmçinin Bakı-Quba yolunun Binəqədi rayonundan keçən hissəsində yol-nəqliyyat hadisələri baş verib. APA-nın xəbərinə görə, Bəhrəmtəpə qəsəbəsidə Sabirabad rayon sakini Etibar Yaqubovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınla qəsəbə sakini Natiq Əliyevin idarə etdiyi araba toqquşub. Nəticədə N. Əliyev hadisə yerində ölüb. Gəndobda Rusiya vətəndaşı Surxay Hacımaqomedov "Mercedes" markalı avtomaşını idarə edərkən kənd sakini Ağa Məmmədovu vurub. Nəticədə A. Məmmədov hadisə yerində keçinib. Bakı-Quba yolunun Binəqədi rayonundan keçən hissəsində isə Bakı şəhər sakinləri Rəşad Knyazlının idarə etdiyi "KİA" markalı, Elşən Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı və Fuad Süleymanovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Xəsarətlər alan F. Süleymanov və R. Knyazlı xəstəxanaya yerləşdiriliblər. F. Süleymanovun həyatını xilas etmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR