Bank Of Baku

Biləsuvarda külli miqdarda silah-sursat ələ keçirilib

Biləsuvarda külli miqdarda silah-sursat ələ keçirilib
# 02 aprel 2007 11:12 (UTC +04:00)
Martın 30-da Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulmuş Şəmsəddin Kərimovun evinə baxış keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı 362356 ədəd xaricdə istehsal olunmuş yivsiz ov tüfənginin patronları, 50000 ədəd xaricdə istehsal olunmuş pnevmatik silahın qırmaları, 25250 ədəd müxtəlif çaplı boş gilizlər, 130600 ədəd çeçni (piston), 50 kiloqram əldədüzəltmə qırma, 281 kiloqram 25 qram barıt, 1 ədəd əldədüzəltmə qırma hazırlayan dəzgah, 341 ədəd kiçik ölçülü, 34 ədəd böyük ölçülü zavod üsulu ilə Çində hazırlanmış bıçaqlar, onun oğlu Niyaməddinə məxsus “Ovçuluq” dükanından isə 5 ədəd xaricdə istehsal olunmuş beşatılan yivsiz ov tüfəngləri, 4 ədəd xaricdə istehsal olunmuş səkkizatılan yivsiz ov tüfəngləri, 4 ədəd xaricdə istehsal olunmuş qoşalülə ov tüfəngləri və 10 ədəd xaricdə istehsal olunmuş nömrələri olmayan pnevmatik tüfənglər götürülmüşdür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR