İsmayıllıda baş verən sürüşmə gündə 4 metr irəliləyir

İsmayıllıda baş verən sürüşmə gündə 4 metr irəliləyir
# 05 aprel 2007 15:39 (UTC +04:00)
İsmayıllı rayonunun Vaşa kəndində torpaq sürüşməsinin baş verməsi ilə bağlı Prezident Aparatına və baş nazir Artur Rəsizadəyə müraciət edilib. Bu barədə APA-ya İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Xalid Qəniyev bildirib. O deyib ki, bir həftə əvvəl baş verən sürüşmə dünənə qədər cəmi 20 metr irəliləyirdisə, indi bu rəqəm gündə 4 metrə çatıb. İcra başçısının müavininin sözlərinə görə, dağlıq ərazidə, gediş-gəlişin çətin olduğu Vaşa kəndində 29 ev var ki, onlardan da 24-də sakinlər yaşayır.
X. Qəniyev deyib ki, sürüşmə baş verəndən sonra Fövqəladə Hallar Nazirliyinin və İcra Hakimiyyətinin nümayəndələri vəziyyəti diqqət mərkəzində saxlayırlar. Amma o, hesab edir ki, sürüşmə davam edəcəyi təqdirdə, kəndin köçürülməsi prosesi dövlət səviyyəsində həll oluna bilər.
Əlavə edək ki, sürüşmə artıq kəndin 200 metrliyinə çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR