Qobustan qəsəbəsində naməlum avtomaşınla 35 yaşlı kişi vurulub

Qobustan qəsəbəsində naməlum avtomaşınla 35 yaşlı kişi vurulub
# 06 aprel 2007 10:02 (UTC +04:00)
Bakı-Astara yolunun 57-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Qobustan qəsəbəsi ərazisində naməlum avtomaşınla 35 yaşlı kişi vurulub. Nəticədə zərərçəkmiş hadisə yerində ölüb. Zərərçəkmişin üzərində heç bir sənəd olmadığında onun şəxsiyyətini müəyyən edilməyib. Naməlum avtomobilin sürücüsünün tapılması üçün Qaradağ Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR