Ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım siyasəti ilə bağlı dəyirmi masa keçirilib
06 aprel 2007 14:43 (UTC +04:00)
“Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın İctimai Birliyi” ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım siyasəti ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, birliyin sədri Əhməd Əhmədov bildirib ki, təkcə 1918-ci ildə Qərbi Azərbaycanda ermənilər tərəfindən 15.155 təsərrüfat dağıdılıb, 100626 nəfər azərbaycanlı isə öz doğma yurdundan qovulub. Tədbirin sonunda dəyirmi masa iştirakçıları adından bəyanat qəbul edilib. Bəyanatda Qərbi Azərbaycana Qayıdış və İrəvan Azadlıq Təşkilatlarının fəaliyyətləri pislənilib: “Bu qurumların rəhbərləri Rizvan Talıbov və Təbriz Musayev kimi həmyerlilərimiz Qərbi Azərbaycandan olan adamları öz maraqları naminə kütləvi aksiyalara çağırır və təxribata çəkir. Biz ölkənin hüquq-mühafizə orqanlarından bu pozucu qüvvələrin təxribatçı əməllərinin qarşısını almağı tələb edirik”. /APA/
Hadisə
Beyləqanda 4 nəfərdən marixuana aşkarlanaraq götürülüb
08:40
4 may 2024
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
07:42
4 may 2024
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
19:23
3 may 2024
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
18:04
3 may 2024