İsmayıllıda torpaq sürüşməsi baş verən ərazidə ciddi təhlükə yoxdur
08 aprel 2007 13:39 (UTC +04:00)
“İsmayıllı rayonunun Vaşa kəndində baş verən torpaq sürüşməsi hələlik dayanıb”. APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazirin sözlərinə görə, ərazidə ciddi təhlükə yoxdur. Sürüşmə ilə əlaqədar Vaşa kəndinin başqa əraziyə köçürülməsinə də hələlik ehtiyac yoxdur. K.Heydərov ötən il Xanlar rayonunun Dozular kəndində baş vermiş anoloji hadisəyə də toxunub. O, həmin kənddə daha ciddi təhlükə olduğu üçün əhalinin başqa əraziyə köçürüldüyünü də xatırladıb: “O vaxt prezidentin tapşırığı ilə kənd üçün başqa yer ayrıldı. Dozular kəndinin sakinləri bu yaxınlarda yeni salınmış kəndlərinə köçəcəklər”./APA/
Hadisə
ANAMA-nın sədr müavini: Hədəfimiz hər il 65 min ha ərazini təmizləməkdir
12:22
30 may 2024
Baş prokurorun müavini: Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,6 milyon manat ödənilib
11:45
30 may 2024
Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxunub
11:35
30 may 2024
ANAMA sədri: Bir milyondan çox minanın hələ də çıxarılmadığı ehtimalı var
11:32
30 may 2024