Bank Of Baku

İran səfirliyi: “Metronun “Əzizbəyov” stansiyası yaxınlığında ağır yol qəzası törədən avtomobil səfirliyin əməkdaşlarına məxsus deyil”

İran səfirliyi: “Metronun “Əzizbəyov” stansiyası yaxınlığında ağır yol qəzası törədən avtomobil səfirliyin əməkdaşlarına məxsus deyil”
# 09 aprel 2007 12:16 (UTC +04:00)
Aprelin 7-də saat 21.50 radələrində metronun “Əzizbəyov” stansiyası yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş olis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Səhət Zülfüqar oğlu Zülfüqarovun idarə etdiyi “Toyota - JEEP” markalı 10 MT 444 dövlət nömrə nişanlı avtomaşınla İranın Azərbaycandakı səfirliyinin əməkdaşı Təhmasib Kərim oğlu Mansurun idarə etdiyi “Pejo” markalı AZ T 00362 saylı saylı avtomobili vurub, sonra isə İran vətəndaşı Mustafa Əmirulla oğlu Əlizadənin idarə etdiyi “Samand” markalı 10 RA 181 dövlət nömrə nişanlı maşınla toqquşub. “Samand” markalı maşındakı sərnişin Rövşən Sabir oğlu Səmədov hadisə yerində ölüb. “Pejo” markalı maşının sürücüsü T. Mansur tibbi yardım göstərildikdən sonra buraxılıb. İranın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumatda da bildirilib ki, yol qəzasını törədən “Toyota-JEEP” markalı avtomobil səfirliyin və İranın Azərbaycanda fəaliyyət göstərən digər qurumlarının əməkdaşlarına məxsus deyil. Həmin avtomobil qəza törədən zaman səfirliyin əməkdaşı T. Mansurun “Pejo-Pars” markalı avtomobilinə dəyib, nəticədə onun həyat yoldaşı və övladı ciddi xəsarət alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR