Bank Of Baku

Güclü küləklər Tovuzun Ermənistanla həmsərhəd kəndlərinin elektrik enerjisi ilə təchizatında problemlər yaradıb

Güclü küləklər Tovuzun Ermənistanla həmsərhəd kəndlərinin elektrik enerjisi ilə təchizatında problemlər yaradıb
# 04 mart 2008 12:55 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Tovuz rayonunun Ermənistanla həmrsərhəd kəndləri dünən axşam saatlarından işıqsız qalıb. Buna dünən bölgədə əsən güclü küləklər səbəb olub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, təxminən gecə saat 21:00 radələrindən başlayan güclü külən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Koxa Nəbi, Əsrik-Cırdaxan, Ağbulaq və Əlibəyli kəndlərində elektik xətlərinə ciddi ziyan vurub. Külək həmçinin adıçəkilən kəndlərdə böyük ağacları aşırıb. Tovuz rayon fövqəladə hallar komissiyasının sədri Niftalı Qasımovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, güclü külək nəticəsində Tovuz rayonunda elektrik təsərüffatına ciddi ziyan dəyib. “Gecə saatlarında rayon mərkəzində elektrik enerjisinin verilməsi dayandırılsa da, səhər texniki nasazlıqlar aradan qaldırılıb və rayon mərkəzinə elektrik enerjisinin verilməsi vərpa edilib. Hal-hazırda işlər davam etdirilir. Axşam saatlarınadək Tovuz rayonunun kəndlərinə də elektrik enerjisinin verilməsi bərpa ediləcək”. Qeyd edək ki, hal-hazırda Tovuz rayonu ərazisində güclü küləklər əsməkdə davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR