Bank Of Baku

Azərbaycanın Zaqatala rayonunda sakinlərə məxsus fındıq bağlarında yanğın baş verib

Azərbaycanın Zaqatala rayonunda sakinlərə məxsus fındıq bağlarında yanğın baş verib
# 04 mart 2008 13:16 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatalada iki yanğın hadisəsi qeydə alınıb. Rayon Yanğından Mühafizə İdarəsindən APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, Suvagil kəndində kənd sakini Hətəm Ömərova məxsus 1 mərtəbəli, 4 otaqlı evdə yanğın baş verib. Hadisə nəticəsində ev və içərisindəki əşyalar 60 kv.m sahədə yanaraq, külə dönüb. İlkin ehtimallara görə, yanğına evin çardağında elektrik naqillərindəki qısa qapanma səbəb olub. Bundan başqa, rayonun Aşağı Tala, Zəyəm və Bəhmətli kəndlərində də yerli sakinlərə məxsus fındıq bağlarında yanğın baş verib. Nəticədə 100-dən çox fındıq ağacı yanaraq məhv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR