Bank Of Baku

Azərbaycan paytaxtında avtomobil oğurlanıb

Azərbaycan paytaxtında avtomobil oğurlanıb
# 04 mart 2008 14:45 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Martın 2-dən 3-nə keçən gecə Sabunçu qəsəbəsində avtomobil oğurlanıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən APA-ya verilən məlumata görə, hadisə baş verən gün naməlum şəxslər Sabunçu qəsəbəsində yaşayan, 1955-ci il təvəllüdlü Nəriman Cavab oğlu Mustafayevə məxsus “Opel” markalı 10 DX 588 nömrə nişanlı avtomobil onun yaşadığı binanın qarşısından oğurlayıblar. Hələlik avtomobilin yeri və qaçıran şəxslərin kimliyi müəyyənləşdirilməyib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci bölməsində təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR