Bank Of Baku

Azərbaycan paytaxtında güllələnən sabiq cangüdənin qonşusu itkin düşüb

Azərbaycan paytaxtında güllələnən sabiq cangüdənin qonşusu itkin düşüb
# 04 mart 2008 15:28 (UTC +04:00)
Baki. Samir Kazımlı-APA. Fevralın 27-də Nəsimi rayonunun Heydər Əliyev küçəsi, ev 16, mənzil 16-da yaşayan 1980-ci il təvəllüdlü Anar Mövlud oğlu Süleymanov itkin düşüb. Nəsimi rayon Polis İdarəsinin 19-cu bölməsindən APA-ya verilən məlumata görə, A. Süleymanov fevralın 27-də itkin düşsə də, yaxınları hadisə barədə bölməyə yalnız martın 1-də müraciət ediblər. Hələlik itkin düşmüş şəxsin yerini müəyyənləşdirmək mümkün olmayıb. Qeyd edək ki, A. Süleymanov martın 1-də naməlum şəxslər tərəfindən Heydər Əliyev küçəsində yerləşən 16 saylı binanın qarşısında güllələnən 1973-сü il təvəllüdlü Eldəniz Rəfael olğu Qurbanovun qonşusudur. Bölmədən həmin hadisələrin bir-birləri ilə əlaqəsinin olmadığını deyiblər. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu bölməsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR