Bank Of Baku

Sankt-Peterburqda iki Azərbaycan vətəndaşı qətlə yetirilib

Sankt-Peterburqda iki Azərbaycan vətəndaşı qətlə yetirilib
# 05 mart 2008 08:47 (UTC +04:00)
İlkin baxış zamanı azərbaycanlının vəhşiliklə qətlə yetirildiyi müəyyənləşib. Onun boğaz, əl və sinə nahiyələrində çoxsaylı bıçaq zərbələri aşkarlanıb, qulaqlarından biri bütövlükdə, digərinin isə bir hissəsi kəsilib. Hadisənin şahidləri qatillərin slavyan mənşəli olduğunu bildirir.
Sankt-Peterburqda müvəqqəti qeydiyyatda olan və Moskva şosesi, 32 ünvanında yaşayan digər həmyerlimiz “Zvezdnı” bazarı yaxınlığında qətlə yetirilib. 58 yaşlı Azərbaycan vətəndaşı aldığı çoxsaylı bıçaq zərbələrindən dünyasını dəyişib. Şahidlər qətlin münaqişə zəminində baş verdiyini bildirirlər. Qətl axşam saatlarında baş verdiyindən, qatillərin xarici görkəmləri barədə məlumat əldə etmək mümkün olmayıb. Hər iki faktla bağlı cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR