Bank Of Baku

Ötən ay Azərbaycanda 5052 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

Ötən ay Azərbaycanda 5052 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib
# 05 mart 2008 10:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu ilin fevralında Azərbaycanda 2721257 kv.m ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, nəticədə 5052 PHS aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatlarda 339 nəfər istehkamçı, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.
Ümumilikdə ANAMA tərəfindən indiyədək 63728879 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 298 770 olub. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd və Ağstafa rayonlarında aparılır. Fevral ayında 2 mina/PHS hadisəsi qeydə alınıb.
ANAMA-nın 2001-ci ilin sentyabrından müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara əsasən, Azərbaycanda 97 hadisədə 57 nəfər həlak olub, 133 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR