Bank Of Baku

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun binasında baş verən yanğın nəticəsində 87 yaşlı azərbaycanlı alim faciəli şəkildə dünyasını dəyişib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun binasında baş verən yanğın nəticəsində 87 yaşlı azərbaycanlı alim faciəli şəkildə dünyasını dəyişib
# 05 mart 2008 11:51 (UTC +04:00)
İnstitutun direktoru Rasim Əliquliyev APA-ya bildirib ki, yanğın bir otağı əhatə edib: “Yanğın Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində baş verib. Rəsədxanada çalışan 87 yaşlı akademik Hacıbəy Sultanov iş otağında vəfat edib. Naməlum səbəblərdən baş verən yanğın nəticəsində müxtəlif yanıcı maddələrin kəskin iyi ətrafa yayılıb. Kollektiv dərhal evakuasiya olunub. İlkin tədqiqat zamanı alimin yanğından yox, boğulmadan vəfat etdiyi məlum olub”. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparıldığını deyən Rasim Əliquliyev alimin üzərində yanıq əlamətlərinin olmadığını bildirib: “Kəskin iy hətta 4-cü mərtəbədə də hiss olunurdu. Artıq iş prosesi tam bərpa olunub. Onu da nəzərə almaq lazımdır ki, akademik qocalığın ən çətin dövrünü yaşayırdı. Demək olar ki, gecəni-gündüzü səhv salan alim anlaqsız vəziyyətdə idi. Ola bilər ki, onun apardığı təhqiqat zamanı hansısa səhvə yol verilib və belə bir hadisə yaşanıb”. R.Əliquliyevin sözlərinə görə, hadisə zamanı başqa xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR