Bank Of Baku

20 yaşlı Binəqədi sakini itkin düşüb

20 yaşlı Binəqədi sakini itkin düşüb
# 05 mart 2008 13:35 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Binəqədi rayonu, 7-ci mikrorayon, ev 62, mənzil 44-də yaşayan 1988-ci il təvəllüdlü Nərgiz Cavanşir qızı Sadıqova martın 1-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı Fuad Məmmədovun APA-ya verdiyi məlumata görə, N. Sadıqova yaxınları ilə mübahisə edərək evi tərk edib: “Nərgiz Sadıqovanın anası vəfat edib, yenidən ailə quran atası isə Rusiyada yaşayır. Nənəsinin himayəsində olan Nərgiz onunla mübahisə edərək evdən çıxıb”. Təhqiqatçının sözlərinə görə, N. Sadıqova bir neçə dəfə nənəsinə zəng vuraraq evə gəlməyəcəyini, tanışlarının yanında olduğunu və işə başladığını deyib.
Faktla bağlı polis bölməsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR