Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşının idarə etdiyi avtomobil qəzaya uğrayıb

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşının idarə etdiyi avtomobil qəzaya uğrayıb
# 05 mart 2008 14:24 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Dünən Nəsimi rayonu ərazisində, H. Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, saat 13-də radələrində ABŞ vətəndaşı, bu ölkənin Azərbaycandakı səfirliyin əməkdaşı, 1939-cu il təvəllüdlü Zoltan Sriqentinin idarə etdiyi “Niva” markalı, D 00 645 nömrə-nişanlı avtomobillə Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Elnur Vidadi oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı, 10 MP 009 nömrə-nişanlı maşın toqquşub. Nəticədə “Mercedes”in sərnişini, 1984-cü il təvəllüdlü Aygün Hüseyn qızı Məmmədova yüngül xəsarət alıb, ona Kliniki Tibbi Mərkəzdə ilkin tibbi yardım göstərilib.
Faktla Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR