Bank Of Baku

Müğənni Röyanın Bakı Dövlət Universitetinə hansı yolla qəbul olunması ilə bağlı daha bir məhkəmə prosesi başlayır

Müğənni Röyanın Bakı Dövlət Universitetinə hansı yolla qəbul olunması ilə bağlı daha bir məhkəmə prosesi başlayır
# 06 mart 2008 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bizim yol” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlunun müğənni Röyanın (Röyalə Yaqub qızı Nəcəfova) Bakı Dövlət Universitetinə (BDU) qəbul olunması ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadədən etdiyi şikayət üzrə məhkəmə prosesi üzrə martın 11-də hazırlıq iclası keçiriləcək. Bu barədə APA-ya N. Güləhmədoğlu məlumat verib. Onun sözlərinə görə, şikayətə Nəsimi Rayon Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, N. Güləhmədoğlunun şikayəti “Müğənni Röyalə Yaqub qızı Nəcəfovanın BDU-nun beynəlxalq hüquq fakültəsinə hansı (test, yoxsa köçürülmə) qəbul olması haqda” göndərdiyi sorğuya cavab verilməməsi ilə bağlıdır.
Xatırladaq ki, jurnalist analoji sorğu ilə BDU-nun rektoru Abel Məhərrəmova da müraciət edib. Lakin sorğusuna cavab almadığından, Yasamal Rayon Məhkəməsində BDU-nun rektoruna qarşı iddia qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR