Bank Of Baku

Azərbaycan paytaxtında basqın edilən firmanın kimə məxsus olduğu müəyyənləşib

Azərbaycan paytaxtında basqın edilən firmanın kimə məxsus olduğu müəyyənləşib
# 06 mart 2008 15:23 (UTC +04:00)
Bakı. Samir KazımlıAPA. Martın 5-dən 6-na keçən gecə saat 02.00 radələrində Bakının Nəsimi rayonunun Tiflis prospektində yerləşən mobil sürtkü yağlarının satışı ilə məşğul olan firmaya naməlum şəxslər basqın edib. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2 nəfər naməlum şəxs firmada gözətçi işləyən Bakı şəhər sakini, 1928-ci il təvəllüdlü Tofiq İsmayılovun baş nahiyəsinə küt alətlə zərbə vurublar. Naməlum şəxslər onun əl-qolunu bağladıqdan sonra firmanın seyfini götürərək, şirkətə məxsus “Ford” markalı 10 DV 621 nömrə-nişanlı və 10 KV 621 markalı avtomobillərə əyləşərək, hadisə yerindən qaçıblar. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədən 3-4 saat sonra avtomobillərdən biri Xətai prospektində, digəri isə Ə. Ələkbərov küçəsində aşkarlanıb. İlkin araşdırmalar nəticəsində oğurlanan seyfdə 120 min dollara qədər pulun olduğu müəyyənləşib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsindən Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqı) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, firma Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Bağırov Şahin Qəzənfər oğluna məxsusdur. Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsindən APA-ya verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR