Bank Of Baku

Bərdədə ər və arvadı bıçaqlanıb

Bərdədə ər və arvadı bıçaqlanıb
# 06 mart 2008 16:21 (UTC +04:00)
Bərdə. Teymur Quliyev-APA. Bərdə rayonunun Meşəçilik İnstitutunun ərazisində bıçaqlanma hadisəsi baş verib. Bərdə rayon Polis Şöbəsinin rəisi Ağalar Məhərrəmov APA-nın Qarabağ bürosuna bildirib ki, rayon sakinləri, 1988-ci il təvəllüdlü Elvin Bəhlul oğlu Muradov və Rəvan Fazil oğlu Abbasov rayonun Qaradəmirçi kənd sakini, 1971-ci il sakini Xatirə Məhəmməd qızı Əliyeva ilə onun həyat yoldaşı, Ağdamın Əfətli kəndində anadan olmuş 1973-cü il təvəllüdlü Zeynal Saday oğlu Həsənovu şəxsi münaqişə zəminində bıçaqlayıblar. Hər iki yaralının vəziyyəti orta-ağırdır, E. Muradov həbs edilib, R. Abbasovun tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Şöbə rəisi E. Muradovun və R. Abbasovun əvvəllər məhkum olunduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR