Bank Of Baku

Azərbaycanın rayonlarından birində ağır yol qəzası baş verib, bir ailənin üç üzvü xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib

Azərbaycanın rayonlarından birində ağır yol qəzası baş verib, bir ailənin üç üzvü xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib
# 07 mart 2008 09:33 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Bu gün Şəkidə ağır yol qəzası baş verib. Şəki Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Xaldan-Balakən magistral yolunun 74 km-liyində baş verib. Şəki rayon sakini Akif Cəbrayılovun idarə etdiyi “VAZ-2106” markalı, 10 HB 343 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən Teymur Hacıyevin idarə etdiyi “KamAZ” markalı, 10 JK 745 dövlət nömrə nişanlı maşınla toqquşub. Baş vermiş qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü Akif Cəbrayılov və sərnişinlər - sürücünün həyat yoldaşı Təranə Cəbrayılova və 6 yaşlı qızı İlahə ağır bədən xəsarəti alıblar. Onlar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Şəki RPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR