Bank Of Baku

Azərbaycanın paytaxtında 16 yaşlı İsmayıllı sakini Günel Şirinova intihara cəhd edib

Azərbaycanın paytaxtında 16 yaşlı İsmayıllı sakini Günel Şirinova intihara cəhd edib
# 07 mart 2008 12:25 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Martın 6-da saat 15.00 radələrində Sabunçu qəsəbəsinin sakini Ərəstun Abdullayevə məxsus üçotaqlı evdə kirayənişin kimi yaşayan 16 yaşlı İsmayıllı rayon sakini Günel Şirinova intihara cəhd edib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Günel Şirinova qısqanclıq zəminində həyat yoldaşı, Yevlax rayon sakini Sənan Rəhman oğlu Hüseynovla tez-tez mübahisə edirmiş. Hadisə baş verən gün G. Şirinova həyat yoldaşının evdə olmamasından istifadə edərək evi yandırıb, özü isə evin zirzəmisinə düşərək əl-qolunu bağlayıb. Hadisə yerinə gələn qonşular yanğını söndürərək, G. Şirinovanı əl-qolu bağlı vəziyyətdə xilas ediblər. Yanıq xəsarəti almış G. Şirinovaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. İdarədən Günel Şirinovanın qəsdən yanğın törətdiyinə görə məsuliyyətə cəlb olunmasının istisna edilmədiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR