Bank Of Baku

Salyanda 3 nəfərin ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib

Salyanda 3 nəfərin ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib
# 09 mart 2008 11:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Ötən gecə saat 03 radələrində Salyan rayonu ərazisində - Ələt-Astara yolunun 60-cı kilometrliyində üç nəfərin ölümü ilə nəticələnən ağır yol-qəza hadisəsi baş verib. Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emin Məmmədovun APA-ya verdiyi məlumata görə, Bakı istiqamətində hərəkət edən 50 BV 651 dövlət nömrə nişanlı 2106 “Jiquli” avtomobili qarşı tərəfdən gələn Masallı rayon sakini Pərviz Xanməmmədovun idarə etdiyi 24 BA 053 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Jiquli”də olan üç nəfər Xırdalan şəhər sakinləri 1957-ci il təvəllüdlü Salam Salahov, 1968-ci il təvəllüdlü Şahid Rzayev və hələlik şəxsiyyəti dəqiqləşdirilməyən daha bir nəfər dünyasını dəyişib.
Qəza ilə bağlı Salyan Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3 maddəsi (2 və daha artıq şəxsin ölümünə səbəb olan yol hərəkətinin pozulması) ilə cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR