Bank Of Baku

Lənkəran-Boradigah yolunda baş verən yol qəzasında bir nəfər ölüb

Lənkəran-Boradigah yolunda baş verən yol qəzasında bir nəfər ölüb
# 10 mart 2008 09:54 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev APA. Bu gün saat 11:30 radələrində Lənkəran-Boradigah avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran-Tükəvilə marşrutunda işləyən Lənkəran şəhər sakini, 1948-ci il təvəllüdlü Fərasət Fərhad oğlu Kazımovun idarə etdiyi 10-SQ-875 dövlət nömrə nişanlı “QazEL” markalı mikroavtobusla Lənkəran rayonu Xarxatan kənd sakini, 1976-cı il təvəllüdlü Əhməd Nadir oğlu Babayevin idarə etdiyi 42-BL-133 dövlət nömrə nişanlı “VAZ21012” markalı avtomobil toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü Ə. Babayev hadisə yerində dünyasını dəyişib. “QazEL”in sürücüsü F. Kazımov və sərnişin, Tükəvilə kənd sakini, 1937-ci il təvəllüdlü Rübeydə Beybudəli qızı Ağayeva isə müxtəlif bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Mərkəzi Xəstəxanadan bildiriblər ki, yaralıların vəziyyəti orta-ağırdır. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR