Bank Of Baku

Azərbaycan paytaxtında mənzillərdən birindən 32 min dollar oğurlanıb

Azərbaycan paytaxtında mənzillərdən birindən 32 min dollar oğurlanıb
# 10 mart 2008 12:06 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Bakının Binəqədi rayonunun M.Cəlal küçəsi, ev 35, mənzil 37-də yaşayan 45 yaşlı Rübiydə Rəzzaq qızı Cəfərovanın 32 min dollar pulunu oğurlayıblar.
Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Anar Hacıyevin APA-ya verdiyi məlumata görə, R.Cəfərova polisə müraciət edərək martın 8-də saat 17.00 radələrində naməlum şəxsin qapının açıq olmasından istifadə edərək, evinə daxil olduğunu və oradan 32 min dollar pulu, qızıl-zinət əşyalarının ogurladığını bıldirib. Hələlik faktla bağlı saxlanılan olmadığını deyən müstəntiq hadisənin törədən şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini bildirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR