Bank Of Baku

Azərbaycanın rayonlarından birində 1 kq 603 qram qurudulmuş marixuana müsadirə edilib

Azərbaycanın rayonlarından birində 1 kq 603 qram qurudulmuş marixuana müsadirə edilib
# 10 mart 2008 16:45 (UTC +04:00)
Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Hacıqabul rayonunda əməliyyat keçiriblər. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Polis Şöbəsinin rəisi Ramazan Kərimovun bildirib. Onun sözlərinə görə, bu il martın 7-də və 8-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və Hacıqabul rayon Polis Şöbəsinin birgə keçirdiyi əməliyyatda Hacıqabulda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir qrup sakin saxlanılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində dörd Hacıqabul və bir Əli Bayramlı şəhər sakinindən ümumilikdə 1 kq 603 qram qurudulmuş marixuana və 15 qram heroin götürülüb. Əməliyyat tədbirləri davam etdirildiyi üçün saxlanılan şəxslərin adları açıqlanmır. Faktla bağlı cinayət işi başlayıb, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR