Bank Of Baku

Azərbaycan paytaxtında iki qrup arasında baş verən toqquşmada odlu silahdan istifadə edilib

Azərbaycan paytaxtında iki qrup arasında baş verən toqquşmada odlu silahdan istifadə edilib
# 11 mart 2008 08:21 (UTC +04:00)
Hadisə yerinə polis əməkdaşlarının gəldiyini görən gənclər oradan qaçıblar. Yasamal Rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynov APA-ya açıqlamasında olayla bağlı bir nəfərin şübhəli şəxs qismində saxlanıldığını bildirib: “Bu, bir qrup arasında baş vermiş xuliqanlıq hadisəsidir. Hadisənin iştirakçılarının tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir”. Polis rəisinin sözlərinə görə, hadisə zamanı odlu silahdan istifadə edilsə də, xəsarət alan olmayıb. M. Hüseynov deyib ki, hadisə zamanı istifadə olunan ov tüfəngi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR