Bank Of Baku

Salyanda mağazanı qarət edən oğrular obyekt sahibinə xəbərdarlıq məktubu yazıblar

Salyanda mağazanı qarət edən oğrular obyekt sahibinə xəbərdarlıq məktubu yazıblar
# 11 mart 2008 10:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Ötən gecə Salyan rayon sakini Yaşar Tağıyevə məxsus mağazada oğurluq hadisəsi olub. Rayonda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emin Məmmədovun APA-ya verdiyi məlumata görə, mağazanın tavanını deşib içəri daxil olan oğrular anbara, oradan isə satış zalına keçiblər. Oğrular özləri ilə “Azercell” danışıq kartları, siqaret, ətriyyat, bahalı içkilər və digər ərzaq məhsullarını aparıblar. Mağazanı tərk edən oğrular stolun üzərinə “Polisə xəbər vermə, özün axtar” sözləri yazılmış və ulayan qurd şəkli çəkilmiş kağız qoyublar. E. Məmmədovun sözlərinə görə, həmin mağazanın ikinci mərtəbəsində əvvəllər rayon prokurorunun evi yerləşib. Bir neçə il həmin evdə yanğın baş verdiyinə görə hazırda orada heç kəs yaşamır. Oğrular da mağazanın tavanını məhz həmin mənzildən deşərək içəri keçiblər. Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi qaldırılıb. Mağazaya dəymiş ziyanın məbləği dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR