Bank Of Baku

Hacıqabul ərazisində silah-sursat aşkar edilərək götürülüb

Hacıqabul ərazisində silah-sursat aşkar edilərək götürülüb
# 11 mart 2008 11:18 (UTC +04:00)
Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində silah-sursat aşkar edilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Polis Şöbəsindən məlumat verilib. Polis şöbəsinə daxil olan anonim zənglər əsasında rayon ərazisində sahibləri məlum olmayan 1 ədəd qoşalülə ov tüfəngi, 1 ədəd snayper tüfəngi, 3 ədəd tapança, 3 ədəd piyada əleyhinə mina, 6 ədəd AKM avtomatının sandıqçası, 11 ədəd qumbara, 1000 ədədə qədər patron aşkar edilərək götürülüb. Faktla bağlı tədqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR