Bank Of Baku

Gəncədə dərzi dükanında yanğın baş verib

Gəncədə dərzi dükanında yanğın baş verib
# 11 mart 2008 14:38 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün səhər saat 07:10 radələrində Gəncə şəhər Şeyx Bahəddin küçəsində yerləşən dərzi dükanında yanğın baş verib. Yanğın nəticəsində dərzi dükanı tamamilə yanıb. Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə Xidmətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə yerinə göndərilmiş yanğınsöndürən briqadaların səyi nəticəsində yanğının qarşısı 07:55 radələrində alınıb. Hadisə nəticəsində dərzi dükanı tamamilə, yaxınlıqda yerləşən “Kleopatra” ətriyyat dükanının 30 kvadratmetrlik tavan hissəsi isə qismən yanıb. İlkin ehtimala görə, yanğına dərzi dükanında olan ütünün cərəyana qoşulmuş vəziyyətdə qalması səbəb olub. Yanğın nəticəsində xəsarət alan olmayıb, hadisə ilə əlaqədar tədqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR