Bank Of Baku

Zaqatalada meşə zolağında yanğın baş verib

Zaqatalada meşə zolağında yanğın baş verib
# 11 mart 2008 15:15 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatala rayonunda meşə zolağında iki yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Yanğından Mühafizə İdarəsindən bildirilib. İlk yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Muğanlı kəndi yaxınlığındakı meşə ərazisində qeydə alınıb və nəticədə 1 hektara yaxın ərazi yanaraq məhv olub. Yanğınsöndürənlərin çevikliyi nəticəsində yanğının meşəni bürüməsinin qarşısı alınıb. İkinci yanğın isə rayonun Lahıc kəndi ərazisindəki yol kənarında yerləşən bağlarda baş verib. Lahıc kəndində də yanğının meşə zolağına keçməsinin qarşısı alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR