Bank Of Baku

Mərdəkan qəsəbəsindən silah-sursat tapılıb

Mərdəkan qəsəbəsindən silah-sursat tapılıb
# 12 mart 2008 09:59 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Əzizbəyov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Mərdəkan qəsəbəsi ərazisindən 4 ədəd mərmi, 3 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş "TOZ-8" tüfəngi, 647 ədəd müxtəlif çaplı patron, 7 ədəd patron darağı və digər hərbi sursatlar tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Ağdam rayon sakini Ceyhun Əmirov isə Hüsənli kəndi ərazisindən tapdığı 1 ədəd "AKMS" silahını Tərtər rayon Polis Şöbəsinə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR