Bank Of Baku

Azərbaycanın Zaqatala rayonunda intihar hadisəsi baş verib

Azərbaycanın Zaqatala rayonunda intihar hadisəsi baş verib
# 12 mart 2008 10:28 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada intihar hadisəsi qeydə alınıb. Rayon Prokurorluğundan (RP) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatalanın Danaçı kənd sakini, 1971-ci il təvəllüdlü Cəmaləddin Əhməd oğlu Mahmudov özünü ailəsinə məxsus fındıq bağında şabalıd ağacından asaraq öldürüb. Müəyyən edilib ki, alkoqolik olan C. Mahmudov özünə qəsd edərkən sərxoş vəziyyətdə olub. C. Mahmudovun yaxınları mərhumun atasının da keçən il intihar etdiyini və bu hadisədən sonra oğlunun depressiyaya düşdüyünü bildiriblər. Faktla bağlı Zaqatala RP-da araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR