Bank Of Baku

Axtarışda olan paytaxt sakini tutulub

Axtarışda olan paytaxt sakini tutulub
# 12 mart 2008 11:55 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Bakı şəhərinin Əzizbəyov rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Şağan qəsəbə sakini, 36 yaşlı Hümbət Rzayev tutularaq istintaq şöbəsinə təhvil verilib. Polis Bölməsindən APA-ya verilən məlumata görə, maklerliklə məşğul olan H. Rzayev torpaq satmaq adı ilə bir neçə vətəndaşdan xeyli miqdarda pul alaraq mənimsəyib. 2007-ci ilin oktyabr ayında isə onun barəsində axtarış elan olunub.
Faktla bağlı Əzizbəyov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR