Bank Of Baku

Goranboy sakini Bakıda itkin düşüb

Goranboy sakini Bakıda itkin düşüb
# 12 mart 2008 14:32 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Goranboy rayon sakini, 55 yaşlı Alim Fərman oğlu Talıbov 2007-ci ilin sentyabrında Bakıda itkin düşüb. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin təhqiqatçısı Samir Quliyev APA-ya bildirib ki, A. Talıbovun yaxınları bu il martın 8-də bölməyə müraciət edərək onun itkin düşdüyünü deyiblər. A. Talıbovun Bakı şəhərində yerləşən ticarət mərkəzlərində ticarətlə məşğul olduğunu deyən təhqiqatçı sonuncu dəfə onun Binə ticarət mərkəzində işlədiyini bildirib. Faktla bağlı polis bölməsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR