Bank Of Baku

Azərbaycanın Salyan rayonunda polis kapitanı tabel silahı ilə həyat yoldaşını və baldızını qətlə yetirib, qaynını isə yaralayıb - YENİLƏNİB

Azərbaycanın Salyan rayonunda polis kapitanı tabel silahı ilə həyat yoldaşını və baldızını qətlə yetirib, qaynını isə yaralayıb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 12 mart 2008 15:31 (UTC +04:00)
Afaq Həbibova hadisə yerində dünyasını dəyişib. Könül Həbibova Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, saat 17.00 radələrində o da dünyasını dəyişib. R. Cəfərovun qaynı Qalib Həbibov isə dərhal paytaxta gətirilib. Prokurorluqdan bildirilib ki, R. Cəfərov hadisəni törətdikdən sonra polisə təslim olub və hadisəni törətdiyini etiraf edib. Hadisənin məişət zəminində baş verdiyi güman edilir. Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Rayon sakinlərinin APA-ya verdiyi məlumata görə isə, həyat yoldaşı R. Cəfərovdan ayrılmaq fikrində olub, uşaqlarını da götürüb evi tərk etmək istəyirmiş. R. Cəfərov Qarabağ müharibəsində iştirak edib və kontuziya alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR