Bank Of Baku

Azərbaycan paytaxtında sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Azərbaycan paytaxtında sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
# 13 mart 2008 09:40 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakının Nizami rayonu, Qara Qarayev küçəsində yol qəzası baş verib. Nizami Rayon Polis İdarəsinin müstəntiqi Abbas Hüseynovun APA-ya verdiyi məlumata görə, 1 saylı marşrutda işləyən sərnişin mikroavtobusu qarşıdan gələn VAZ-21099 markalı avtomobillə toqquşub. Metronun “Neftçilər” stansiyasının çıxışındakı dayanacaqda baş verən qəza nəticəsində VAZ-21099 markalı avtomobilin sərnişini Sevlan Məmmədov və dayanacaqda avtobus gözləyən iki nəfər - Vüsal Əliyev və Maya Hümbətova ağır xəsarətlər alıblar. Onlar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Mikroavtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR