Bank Of Baku

Azərbaycanın Ucar rayonunda baş verən yol qəzasında bir ailədən iki nəfər ölüb

Azərbaycanın Ucar rayonunda baş verən yol qəzasında bir ailədən iki nəfər ölüb
# 13 mart 2008 09:51 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Ucarda ağır yol-qəzası baş verib. APA-nın mərkəzi aran bürosunun məlumatına görə, Daşkəsən rayon sakini, 1941-ci il təvəllüdlü Bahadır Muxtar oğlu Tağıyevin idarə etdiyi “VAZ 21011” markalı, 51 BA 997 nömrə-nişanlı avtomobil Ucar rayon sakini Elman Əhməd oğlu Şıxəliyevin idarə etdiyi “KamAZ” markalı, 10 XR 268 nömrə-nişanlı maşınla toqquşub. Nəticədə B. Tağıyev və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Qumru Şahmalı qızı Tağıyeva hadisə yerində keçiniblər. Onların övladları, 1961-ci il təvəllüdlü Qərib Tağıyev və 1971-ci il təvəllüdlü Xalid Tağıyev isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR