Bank Of Baku

Ağstafa rayon sakini bir kiloqrama yaxın marixuananı satarkən yaxalanıb

Ağstafa rayon sakini bir kiloqrama yaxın marixuananı satarkən yaxalanıb
# 13 mart 2008 14:11 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Ağstafa rayon Muğanlı kənd sakini Nəsib Talıb oğlu İsmayılov bir kiloqram narkotik vasitə olan marixuananı satmaq istəyərkən yaxalanıb. Bu barədə APA-nın Qərb bürosuna məlumat verən DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional Şöbəsinin rəis müavini Rafael İsmayılov narkotik vasitə satışı faktının təmsil etdiyi idarənin və Samux rayon Polis Şöbəsinin əməkdaşlarının üzə çıxardığını bildirib: “Ağstafa rayon Muğanlı kənd sakini 30 yaşlı Nəsib Talıb oğlu İsmayılov bir kiloqram marixuananı Samux rayonunun Sərkar kəndində 1000 ABŞ dollarına satmaq istəyərkən Samux rayon Polis İdarəsi əməkdaşları ilə birgə keçirdiyimiz əməliyyat tədbiri nəticəsində yaxalanıb. Əməliyyat zamanı məlum olub ki, marixuana yabanı halda deyil, xüsusi qulluq şəklində becərilib”. Saxlanılan şəxs marixuananın xüsusi qulluqla yetişdirmə faktını təkzib edərək onu Kür çayı sahilindən yığdığını bildirib. O, törətdiyi əməli etiraf etsə də, narkotik maddəni borcunu ödəmək məqsədilə satmaq istədiyini deyib. Qeyd edək ki, saxlanılan şəxs əvvəllər məhkum olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR