Bank Of Baku

Polis Ağcabədi rayonunun Aşağı Avşar kəndində baş verən silahlı basqını törədənlərdən ikisini saxlayıb

Polis Ağcabədi rayonunun Aşağı Avşar kəndində baş verən silahlı basqını törədənlərdən ikisini saxlayıb
# 13 mart 2008 18:52 (UTC +04:00)
Ağcabədi. Teymur Quliyev-APA. Bu il martın 11-də Ağcabədi rayonunun Aşağı Avşar kəndi yaxınlığındakı "Baba" yeməkxanasına basqın edənlərdən ikisi saxlanılıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, polis artıq hadisəni törədənlərdən olan Avşar kənd sakini Umudvar Hüseynov və Aşağı Avşar kənd sakini Elxan Əsgərovu saxlyıb. Onlardan həmçinin basqında istifadə olunmuş 5,45 mm kalibirli avtomat silah da götürülüb. Hadisədə təqsirli bilinən digər şəxslərin tapılması üçün axtarış-əməliyyat tədbirləri davam edir.
Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumata bildirilib ki, Ağcabədi rayonunun Aşağı Avşar kənd sakinləri Ənvər Həsənov, Elxan Əsgərov, Avşar kənd sakinləri Xalid Məmmədov, Umudvar Hüseynov və onun qardaşı Etibar Hüseynov sərxoş halda ictimai qaydanı pozublar. Buna görə yeməkxananın sahibləri Şahmurad və Edilxan Əzizov qardaşları həmin şəxsləri yeməkxanadan çıxarıblar. Hadisədən qəzəblənən Ə. Həsənov, E. Əsgərov, X. Məmmədov, U. Hüseynov və E. Hüseynov saat 20.00 radələrində yeməkxanaya gedərək, kafeni avtomat silahdan atəşə tutublar. Nəticədə yeməkxanada olan Ağdam rayon sakini Ehtiram Hüseynov ayağından güllə yarası alıb. Əzizov qardaşlarını yeməkxanada tapmayan basqınçılar onların atası Şahmurad Əzizovun evinə gedərək, oranı da avtomat silahdan atəşə tutublar. Ə. Həsənov, E. Əsgərov, X. Məmmədov, U. Hüseynov, E. Hüseynov faktla əlaqədar hadisə yerinə gedən əməliyyat qrupuna tabe olmayıblar, polis əməkdaşlarına xəsarət yetirərək "VAZ-2106" və "VAZ-21011" markalı avtomaşınlarda hadisə yerindən qaçıblar. Faktla bağlı cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR