Bank Of Baku

Vladivostokda milisə rüşvət təklif edən Azərbaycan vətəndaşı barədə cinayət işi başlanıb

Vladivostokda milisə rüşvət təklif edən Azərbaycan vətəndaşı barədə cinayət işi başlanıb
# 14 mart 2008 09:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Vladivostokda milis əməkdaşına rüşvət verməyə cəhd edən Azərbaycan vətəndaşı barədə cinayət işi açılıb. APA-nın məlumatına görə, Vladivostokda qeyri-qanuni olaraq meyvə ticarəti ilə məşğul olan Vüqar Hüseynov adlı Azərbaycan vətəndaşı ona qarşı inzibati hüquqpozmalar barədə protokolun tərtib olunmaması üçün milis əməkdaşına 3 min rubl rüşvət vermək istəyib və bu fakt videolentə alınıb. Məlumata görə, soydaşımız barədə belə bir protokol bundan əvvəl də tərtib olunub. Rusiya qanunvericiliyinə əsasən, ikinci belə protokol tərtib olunacağı təqdirdə, soydaşımız ölkədən deportasiya oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR