Bank Of Baku

Ağstafa rayonunda qoyun 4 quzu doğub

Ağstafa rayonunda qoyun 4 quzu doğub
# 15 mart 2008 08:15 (UTC +04:00)
Ev sahibinin sözlərinə görə, bu günə kimi belə bir hadisənin şahidi olmayıb: “65 yaşım var, hələ birinci dəfədir ki, belə hadisə görürəm. Gecə tövləni açanda gördüm qoyunun yanında 3 quzu var dördüncü isə axurun altındadır. Dördüncü quzu bir az zəif olduğuna görə, onu evə gətirdim, iki gündən sonra tam dirçəldi”. Təzə doğulan zaman quzular tam qidalana bilmədiyindən ev sahibi onların süni yolla qidalandırıb: “Təzə doğulan quzulara çay qaşığı ilə ana mayalanması verirdik. Bir-iki bala olanda quzular özləri əmirlər. Amma dörd quzu olanda hamısına ana südü çatmır. Hazırda quzuların dördünün də sağlamlığı yaxşıdır”. Quzuların hal-hazırda tam sağlam olduğunu söyləyən Vəli Kərimov bu hadisənin allahın ona bəxş etdiyi xeyir, bərəkət kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR