Bank Of Baku

Bakıda və Sumqayıtda ölümlə nəticələnən yol qəzaları baş verib

Bakıda və Sumqayıtda ölümlə nəticələnən yol qəzaları baş verib
# 15 mart 2008 10:43 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün 02.30 radələrində Sumqayıt şəhəri ərazisində Özbəkistan vətəndaşı Kənan Bayramov "Ford" markalı avtomaşını idarə edərkən aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza nəticəsində sürücü hadisə yerində ölüb, faktla bağlı araşdırmalar aparılır. Dünən saat 15.30 radələrində isə Sumqayıt şəhərində, şəhər sakini Natiq Quliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmyerliləri Aidə Novruzovanı və onun oğlu Elçin Novruzovu vurub. Nəticədə A. Novruzova hadisə yerində ölüb, xəsarət alan digər piyada isə xəstəxanaya yerləşdirilib. Bu gün saat 02.30 radələrində Suraxanı dairəsində də ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər sakini Çingiz Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb. Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, xəsarət alan 20-25 yaşlı sərnişin isə xəstəxanaya yerləşdirilib. Bu gün saat 01.30 radələrində isə müəyyən edilməmiş avtomaşınla Ziya Bünyadov küçəsində 40-45 yaşlı kişi vurulub. Nəticədə həmin kişi hadisə yerində ölüb. Sabunçu rayon Polis İdarəsi tərəfindən faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR