Bank Of Baku

Şimal-qərb bölgəsində güclü qasırğa olub

Şimal-qərb bölgəsində güclü qasırğa olub
# 17 mart 2008 10:33 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Martın 16-da Azərbaycanın şimal-qərb bölgəsində güclü qasırğa olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, küləyin sürəti saniyədə 30 metrə çatıb. Qax, Zaqatala və Balakən rayonlarının enerji təchizatına və yaşayış obyektlərinə ziyan dəyib. Magistral yol kənarlarındakı ağacların aşması nəticəsində müəyyən müddət nəqliyyatın hərəkəti dayanıb. Güclü külək Balakən rayonuna daha çox ziyan vurub. Yüksək gərginlikli elektrik xətlərinin keçdiyi dirəklərin aşması nəticəsində rayon mərkəzinə və bir çox kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Rayon mərkəzi və bəzi kəndlərə elektrik enerjisinin verilməsi bu gün səhərdən bərpa edilsə də, Qabaqçöl qəsəbəsi, Kortala və İtitala kəndləri hələ də işıqsız qalıb. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, hazırda güclü külək nəticəsində rayona dəymiş ziyanın miqdarı hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR