Bank Of Baku

Bakıda cibgirliklə məşğul olan şəxs yaxalanıb

Bakıda cibgirliklə məşğul olan şəxs yaxalanıb
# 17 mart 2008 11:20 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakının Suraxanı rayonunda cibgirliklə məşğul olmaqda təqsirləndirilən Tunar Hüseynov adlı şəxs yaxalanıb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, T. Hüseynov Qaraçuxur qəsəbəsində Nərgiz Əliyeva adlı qadının çantasından telefon çıxartmaq istəyərkən saxlanıb. İlkin araşdırmalar zamanı T. Hüseynovun əvvəllər cibgirliklə məşğul olduğuna görə məhkum edildiyi müəyyənləşib. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR