Bank Of Baku

Sabunçuda üç avtomobil toqquşub, yaralılar var

Sabunçuda üç avtomobil toqquşub, yaralılar var
# 17 mart 2008 14:22 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün günorta saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, Zabrat-Maştağa yolunda yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “QAZ-31” markalı 10 OH 941 dövlət nömrə nişanlı, “BMW” markalı 90 BP 090 dövlət nömrə nişanlı və “Mersedes” markalı 10 SV 968 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində iki nəfər ağır yaralanıb. Yaralılar “QAZ-31” markalı avtomobilin sürücüsü Qaragözov Rizvan Əbilhüseyn oğlu və “Mercedes” markalı maşının sürücüsü Əhmədov Qabil Bəlyar oğlu 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR