Bank Of Baku

Azərbaycanın Cəlilabad rayonunda minik maşının avtobusla toqquşması nəticəsində üç nəfər ölüb - YENİLƏNİB

Azərbaycanın Cəlilabad rayonunda minik maşının avtobusla toqquşması nəticəsində üç nəfər ölüb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 17 mart 2008 14:33 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad rayon Göytəpə şəhər sakini, 1977-ci il təvəllüdlü Azər Fayaz oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı, 10 UV 014 dövlət nömrə nişanlı avtomobili qarşı gələn Lənkəran rayonu, Liman şəhər sakini Rafael Hüseynovun idarə etdiyi 42 BJ 422 dövlət nömrə nişanlı “Mercedes” avtomobili ilə toqquşub. Daha sonra 10 UV 014 nömrə nişanlı maşın “İkarus” markalı, 10 JG 195 dövlət nömrə nişanlı avtobusa çırpılıb. Nəticədə 10 UV 014 nömrə nişanlı avtomobilin sürücüsü və sərnişinlərdən 1-i hadisə yerində keçinib, ağır yaralanmış iki sərnişin isə xəstəxanaya çatdırlıb. Onlardan biri də xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR