Bank Of Baku

Ukrayna vətəndaşı Azərbaycan paytaxtında intihar edib

Ukrayna vətəndaşı Azərbaycan paytaxtında intihar edib
# 17 mart 2008 14:45 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Martın 16-da əslən Salyan rayonundan olan Ukrayna vətəndaşı, 49 yaşlı Rahil Ağakərim oğlu Kərimov kirayə yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan küçəsi, ev 32, mənzil 40 ünvanında özünü asaraq intihar edib. Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə yerindən mərhumun məktubu aşkarlanıb. R. Kərimov Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edildiyini, həyatından bezdiyini və bu səbəbdən də özünə qəsd edəcəyini yazıb. Araşdırma zamanı məlum olub ki, R. Kərimov Ukraynadakı evini satmaq istəsə də, buna nail ola bilməyib. Prokurorluqdan mərhumun tez-tez spirtli içki qəbul etdiyini də bildirilib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğundan 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR