Bank Of Baku

Azərbaycan paytaxtında bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Azərbaycan paytaxtında bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
# 17 mart 2008 16:50 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Nəsimi rayonunda bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən (RPİ) APA-ya daxil olan məlumata görə, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, ev 8, mənzil 4-də yaşayan 21 yaşlı Rza Nazim oğlu Abdullayev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. RPİ-nin 19-cu polis bölməsindən isə APA-ya bildirilib ki, bundan başqa, rayon ərazisində bir ailə dəm qazından zəhərlənib. A. Mustafayev küçəsi, ev 43, mənzil 11-də yaşayan 1974-cü il təvəllüdlü Rövşən Əliyev, onun həyat yoldaşı 1976-cı il təvəllüdlü Könül Əliyeva, onların azyaşlı uşaqları Aydın və Ağabəy yaşadıqları ünvanda dəm qazından boğulublar. 5 saylı Təcili Tibbi Yardım Stansiyasına çatdırılan ailə üzvlərinə tibbi yardım göstərilib. Azyaşlıların vəziyyəti daha ağır olduğundan, onlar Qarayev adına Xəstəxanaya yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR